“Neftçi”dən tarixi nəticə
Avropa Liqasına uğurlu start verən “Neftçi” II təsnifat mərhələsinin hər iki görüşündə Rusiyanın “Arsenal” klubunu məğlub edərək (1:0, 3:0) rəqibini mübarizədən kənarlaşdırıb.
III təsnifat mərhələsinə vəsiqə qazanan “ağ-qaralar” ardıcıl 4 oyunda qalib gəlib. Paytaxt təmsilçisi keçirdiyi 4 görüşdə qapısından qol buraxmayıb. Əvəzində isə Roberto Bordinin komandası rəqib qapılarından 13 top keçirib ki, bu da orta hesabla hər oyuna 3.25 qol edir.
Bakılılar avrokuboklarda ardıcıl 4 qələbə qazanaraq Azərbaycan futbolu tarixinə düşüb. Bundan başqa, “Neftçi” “Arsenal”ı məğlub etməklə Rusiya klubları üzərində qələbəsizlik sindiromunu da qırıb.
Qeyd edək ki, Roberto Bordinin komandası III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...