“Neftçi”dən tarixi nəticə

10:17 02-08-2019 | icon 2373
“Neftçi”dən tarixi nəticə

Avropa Liqasına uğurlu start verən “Neftçi” II təsnifat mərhələsinin hər iki görüşündə Rusiyanın “Arsenal” klubunu məğlub edərək (1:0, 3:0) rəqibini mübarizədən kənarlaşdırıb.

 III təsnifat mərhələsinə vəsiqə qazanan “ağ-qaralar” ardıcıl 4 oyunda qalib gəlib. Paytaxt təmsilçisi keçirdiyi 4 görüşdə qapısından qol buraxmayıb. Əvəzində isə Roberto Bordinin komandası rəqib  qapılarından 13 top keçirib ki, bu da orta hesabla hər oyuna 3.25 qol edir.

 

Bakılılar avrokuboklarda ardıcıl 4 qələbə qazanaraq Azərbaycan futbolu tarixinə düşüb. Bundan başqa, “Neftçi” “Arsenal”ı məğlub etməklə Rusiya klubları üzərində qələbəsizlik sindiromunu da qırıb.

Qeyd edək ki, Roberto Bordinin komandası III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.


Digər xəbərlər

0.24918508529663