XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

11:16 02-08-2019 | icon 3261
XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Müxtəlif xalqların klassik musiqi sərvətlərinin parlaq nümunələrini ölkəmizdə canlandıran XI
Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 01 avqust 2019-cu il tarixində Qəbələ
Rayon Mədəniyyət Mərkəzində keçirilib. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və “Gilan
Holding”-in təşkilatçılığı reallaşan bu mötəbər tədbirdə ölkə vətəndaşları, xarici dövlətlərdən qonaqlar və
ictimai xadimlər iştirak ediblər.


Tədbirin əvvəlində açılış nitqləri ilə çıxış edən Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar
Şurasının sədri Fəttah Heydərov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ölkə başçısı
İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən festivalın
baş tutmasına görə dərin minnətdarlıqlarını bildiriblər. Çıxışlar zamanı qeyd olunub ki, sivilizasiyanın
zəngin mədəni-mənəvi irsinin ölkələr arasında mübadiləsi, o cümlədən ölkəmizin mədəni dəyərlərinin
təbliği və gənc istedadların tanınması baxımından Qəbələ Beynəlxalq Musiqi Festivalı xüsusi əhəmiyyət
daşıyır.


Açılış mərasimi, bu il anadan olmasının 650 illiyi qeyd olunan mütəfəkkir şair İmadəddin
Nəsiminin məşhur qəzəllərinin ifası ilə başlanıb. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət
xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçirilən konsert zamanı orkestrin və Xalq artistləri
Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın piano üzərində virtuoz çıxışları hər kəsi heyran edib.


Xatırladaq ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 05 avqust 2019-cu il tarixinədək davam
edəcək. Musiqi sevərlər Qəbələ Rayon Mədəniyyət Mərkəzində və Heydər Əliyev adına Konqres
Mərkəzində axşam saatlarında təşkil olunan konsertlərdə iştirak edə bilərlər.


Digər xəbərlər

0.30478501319885