Kamran Quliyev Mahmudovla Krivotsyuk problemindən danışdı: “Yaxşı şanslarımız var”
Ötən gecə “Neftçi” Avroliqanın II təsnifat mərhələsinin cavab qarşılaşmasında da Tula “Arsenal”ından üstün oldu - 3:0. Parlaq qələbədən sonra “ağ-qaralar”ın prezidenti Kamran Quliyev Azeripress.az-ın əməkdaşının suallarını cavablandırdı.
- Komandamızı, azarkeşlərimizi, bütün futbol ictimaiyyətini bu gözəl qələbə münasibəti ilə təbrik edirəm. Oyun gözlədiyimiz kimi ağır keçdi. Ancaq əsas budur ki, sonda sevinən tərəf “Neftçi” oldu.
- Nəticə sizi təəccübləndirmədi? Bu cür qələbəni gözləyirsiniz?
- Əlbbətə, qalib gəlmək istəyirdik. Ancaq nə gizlədim, həm də bu cür qələbəni gözləyirdik. İlk oyundan sonra saytınıza verdiyim müsahibədə işin 50 faizini yerinə yetirdiyimizi söyləmişdim. Digər 50 faiz işi isə Bakıda gördük.
- Tribunalardakı atmosfer barədə nə deyə bilərsiniz?
- Sadəcə, möhtəşəm! Oyunun sonuna 10 dəqiqə qalmış hamı telefonlarının fonarını yandırdığı an yaşanan görüntü həqiqətən fantastik idi. Kaş, Azərbaycan çempionatındakı oyunlarımızda da bu cür ab-hava yaransın. Azarkeşlərimiz bu axşam sözün həqiqi mənasında “12-ci oyunçu” idilər.
- Artıq növbəti mərhələ haqda danışmaq olar. Növbədə “Bney Yehuda”dı, İsrail təmsilçisi...
- Bu gün bu haqda fikirləşmirəm (söhbət dünən olub - red.). Sabahdan etibarən III təsnifat mərhələsinə hazırlıqlara başlayacağıq. Bu mərhələdə Avropada məğlubedilməz komanda yoxdu. “Neftçi” bu cür oyun göstərə bilirsə, inanıram ki, israillilərlə də oynaya bilərik. Yaxşı şanslarımız var. Hazırlaşmaq lazımdır, çox ciddi hazırlaşmaq.
- Avqustun 16-da Azərbaycan Premyer Liqası start götürür. Komandanız isə“Bney Yehuda”ya qarşı səfər matçını avqustun 15-də keçirəcək. Bununlaəlaqədar, ilk turun oyununu təxirə salmaq üçün PFL-ə müraciət etməkfikriniz varmı?
- Bizi ilk növbədə qarşıdakı Avroliqa oyunları düşündürür. Komandamızda peşəkar futbolçular toplaşıb. Lazım olsa, həftədə 2 oyun keçirəcəklər. İndi bizi narahat edən məqam Emin Mahmudov və Anton Krivotsyukun ikinci sarı vərəqə almalarıdı. Bütün hallarda, komandamız növbəti mərhələ oyunlarına da maksimal hazırlaşacaq.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...