Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək

21:07 02-08-2019 | icon 2073
Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.

Bakıdan 10  avqustda 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat  07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq.

Bakıdan və Gəncədən 13 avqustda 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də  çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və Bakıya saat 22:45-də çatacaq.


Digər xəbərlər

0.2577760219574