Milli Kino Günü qeyd olundu - Fotolar

21:41 02-08-2019 | icon 3098
Milli Kino Günü qeyd olundu - Fotolar

Bu gün Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 121 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət, incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

 

Daha sonra əlamətdar gün münasibətilə bir qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, Orxan Ağazadənin “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş olunub.

 





Digər xəbərlər

0.23478698730469