APOEL – “Qarabağ” matçının hakimləri açıqlandı

18:51 03-08-2019 | icon 2917
APOEL – “Qarabağ” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb.

Kiprdə keçiriləcək qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.

 

Oyunun baş hakimi Davide Massa olacaq. Ona bu işdə Fabiano Preti və Alberto Teqoni yardım edəcək. Dördüncü hakim isə Rosario Abissodur.

Qeyd edək ki, avqustun 6-da Nikosiyadakı GSP stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Digər xəbərlər

0.28621506690979