Güləşçimiz dünya çempionu oldu
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.
Beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. Babaşov həlledici görüşdə iranlı güləşçiyə uduzaraq gümüş medalla kifayətlənib.
Nihat Məmmədli isə debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.
Xasay Həsənli da təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkməyib. Xasay növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq Həsənli 1/4 finalda iranlı həmkarına minimal fərqlə uduzub.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...