Azərbaycanda maqnit qasırğası gözlənilir - Külək güclənəcək

10:01 05-08-2019 | icon 1798
Azərbaycanda maqnit qasırğası gözlənilir - Külək güclənəcək

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu barədə məlumat yayıb . 

Rəsədxananın İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədədir:

"Günəş diski ləkəsizdir. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 335 km/san olub. Avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

 

Bu gün və sabah Kp=5 səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək.

Ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir”.   


Digər xəbərlər

0.27394485473633