Bakıda güclü külək başlayıb – Şəhəri toz bürüyüb

12:29 05-08-2019 | icon 2386
Bakıda güclü külək başlayıb – Şəhəri toz bürüyüb

Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda güclü külək başlayıb.

Külək səbəbindən şəhərin üzərində toz qatı müşahidə olunur.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu haqda açıqlama yayıb. Bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 335 km/san olub. 

Avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Bu gün və sabah Kp=5 səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. 


Digər xəbərlər

0.25625896453857