“Topaz” Azərbaycan Premyer Liqasından imtina etdi

15:56 05-08-2019 | icon 2367
“Topaz” Azərbaycan Premyer Liqasından imtina etdi

“Topaz” mərc oyunları şirkəti Azərbaycan Premyer Liqasının sponsorluğundan imtina edib.

Bunu açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Onun sözlərinə görə, əməkdaşlığın dayandırılması qarşı tərəfin istəyi ilə baş tutub.

 

Qurum prezidenti çempionatın startınadək yeni sponsorla bağlı qərar qəbul ediləcəyini açıqlayıb. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası 2012-ci ildən Topaz Premyer Liqası adlanırdı.


Digər xəbərlər

0.26223015785217