Süleyman Mikayılov iclas keçirdi - Fotolar

16:00 05-08-2019 | icon 2534
Süleyman Mikayılov iclas keçirdi - Fotolar

Bu gün Qaradağ rayonunun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclasında Prezident İlham Əliyevin yanında sosial iqtisadi sahə ilə bağlı keçirilən iclasında qarşıya qoyulmuş vəzifələr geniş müzakirə olunub.

İclası açan Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov iclas barədə ətraflı məlumat verib. 

Bildirilib ki, Azərbaycanda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi, Bakının Qaradağ rayonunda da sosial-iqtisadi inkişaf təmin edilmiş, abadlıq və quruculu tədbirləri davam etdirilib. Ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verib. 

 
 

O qeyd edib ki, 2019-cu ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslər tətəfindən rayon ərazisində 1010 yeni iş yeri yaradılıb. Eyni zamanda DOST İŞ MMC tərəfindən 968 nəfər işaxtaran vətəndaş müxtəlif sahələrdə işlə təmin olunub.
Bildirilib ki, Qaradağ rayonu ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2019-cu ilin birinci yarısında birliyin mənzil fondunun yaxşılaşdırılması məqsədilə rayonun Lökbatan, Ələt, Sahil, Müşfiqabad, Qızıldaş və Sənqaçal qəsəbələrinin yaşayış binalarında ümumilikdə 32000 kv.m dam örtükləri təmir olunub. 

Rayonun Lökbatan qəsəbəsi Əli Məhəmmədov küçəsində yerləşən 1 və 5 saylı binanın qarşısında salınmasına başlanmış yeni abad məhəllədə hazırda son tamamlama işləri aparılır. Həmin ərazidə müxtəlif növ tullantılar daşınan, 22 kub.m çınqıl və 120 kub.m münbit torpaq verilən, 222 kv.m hörgü, 444 kv.m suvaq işləri görülmüş, 108 kv.m üzlük daşı döşənən, eyni zamanda 3ədəd kölgəlik və 2 ədəd oturacaq üçün yerlər hazırlanıb. Yaxın günlərdə abad məhəllənin sakinlərinə istifadəsinə verilməsi nəzərdə tutulub. 

 

 

 

Digər xəbərlər

0.26907992362976