Azərbaycan Premyer Liqasının püşkü atıldı

16:02 05-08-2019 | icon 2828
Azərbaycan Premyer Liqasının püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçirilib.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanıb.

Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"dir.

Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.

Mövsümün tam təqvimi  bir neçə gündən sonra açıqlanacaq. 

8 klubun dairəvi sistemlə dörd dövrədə mübarizə aparacağı yarışın ilk turunun oyunları 16-18 avqustda keçiriləcək.

I tur

"Neftçi" - "Sabah"

"Səbail"  - "Zirə"

"Qəbələ" - "Sumqayıt"

"Keşlə" - "Qarabağ"


Digər xəbərlər

0.24049997329712