Azərbaycan nümayəndə heyəti İrana səfər edib
İqtisadiyyat naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. İranın Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd, Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, Sənaye, Mədən və Ticarət naziri Reza Rəhmani ilə keçirilən görüşlərdə Azərbaycan prezidenti İlham Əliyevin və İranın prezidenti Həsən Ruhaninin siyasi iradəsi və dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı vurğulanıb.
Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, Azərbaycan və İran arasında ticarət dövriyyəsi artır, nəqliyyat, energetika, yükdaşımalar, sənaye, səhiyyə, kənd təsərrüfatı, İKT, turizm, humanitar və s. sahələrdə əməkdaşlıq inkişaf edir, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür.
Görüşlərdə nəqliyyat, iqtisadi-ticarət, energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, İKT, turizm, humanitar, xidmət və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətləri, o cümlədən birgə müəssisələrin yaradılması barədə fikir mübadiləsi aparılıb, bir çox məsələlər müzakirə olunub.
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...