Leyla Əliyeva İnformatika Olimpiadasının açılışında
Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edir.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Tədbirdə Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir "IOI 2019"a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb.
ADA Universitetinin rektoru, səfir, "IOI 2019"un fəxri sədri Hafiz Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.
Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li "IOI 2019" açılışı bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb.
-
Emin Əmrullayevdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı paylaşım
...
-
BDU-nun əməkdaşına ağır itki
...
-
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək
...
-
İki gün əvvəl təyin olunan direktor işdən çıxarıldı
...
-
Elm və təhsil naziri gənclərlə görüşdü
...
-
Məktəblərdə qış tətili başa çatdı
...
-
Bu gündən məktəblərdə qış tətilidir
...
-
Bu həftə məktəblilərin qış tətili başlayır
...
-
Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər - Video
...
-
Bu il Azərbaycanda tələbələrin köçürülməsi olmayacaq
...