Deputatın obyektindən yeni tələb: Giriş 5 manat
Lerik rayonunda yerləşən, deputat İqbal Məmmədova məxsus Relax İstirahət Mərkəzi pis və baha xidmətə görə müştərilərin qəzəbinə tuş gəlib.
Istirahət mərkəzə getmiş Sevin Hüseynova BakuPost-a deyib ki, müştərilərə həddindən artıq pis münasibət var. Bundan əlavə istirahət mərkəzinə sadəcə baxmaq üçün də pul tələb olunur: "Heç kimə ora getməyi məsləhət görmürəm. İçəri girdik ki, həm otel ilə tanış olaq, həm də nahar edək. Bildirdilər ki, adambaşı 5 manat verin keçin. Hələ ən gülməlisi odur ki, 2-4 yaşlı uşaqlardan da 5 manat pul tələb edirlər. 0-5 yaş hər yerdə ödənişsizdi”.
Şikayətçi bildirib ki, istirahət mərkəzində fəaliyyət göstərən restoranların xidməti bərbad vəziyyətdədir: "İçəridə 4-5 restoran var, amma biri də xidmətə hazır deyil. Biri deyir, biz yemək vermirik, digəri isə deyir, siz istədiyiniz yemək yoxdu, başqa biri də deyir ki, biz axşam 7-də işləyirik, biri deyir biz, səhər yeməyindən sonra çatdırıb təmizlik edə bilməmişik”
O bildirib ki, otaqları gözəl, səliqəli ola bilər, amma personalının və rəhbərliyin turizm sektorundan qəti məlumatı yoxdur: "Servis, qonaqpərvərlik, müştəri ilə münasibət çox aşağıdır.
Otelin qeydiyyat şöbəsinin qarşısına su qoyublar. İçməli su olsa da içərisi qum idi. Soruşuram ki, bu nədir? Deyir, bulaq suyudur. Bu boyda otel rəhbərliyi bir normal su tapmır otelə qoymağa?!
Və hələ də bizə çatmadı ki, biz 20 manatı niyə verdik?”
Müştəri şikayətində onu da əlavə edib ki, gecələmək qiymətinə təkcə səhər yeməyi daxildir. Aşağı səviyyədə olan otelin normal restoran da yoxdu. Bu da təbii ki, istirahət adı ilə bura gələnləri nahar və şam yeməyindən məhrum edir”.
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...