"Neftçi"nin qələbəsiylə Ramin Musayevin telefonu 2 gün susmayıb: "Topaz" kimi bukmeker şirkəti, sponsorluğa görə daha artıq pul təklif edir"

19:29 05-08-2019 | icon 3260

"Futbol bayramını qeyd edirik. İlk növbədə klublarımızı təbrik edirəm. İki komanda mübarizəni davam etdirməsinə baxmayaraq, bu, nailiyyətdən xəbər verir. İnanıram ki, bu fikirlə futbolsevələrlərimiz razılaşır. Arzu edirik ki, həmişə güclü qalib olsun, tək respublikada yox, ondan kənarda da bizləri sevindirsin". Bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib. 

 

Onun sözlərinə görə, "Neftçi"nin Avropa Liqasında "Arsenal"  üzərində qələbəsindən sonra şəxsən onun mobil telefoni 2 gün susmayıb: "Rusiyanın gələn zənglərdə çox ürəkaçı sözlər işlədirdilər. Sözsüz ki, "Qarabağ" da "Qarabağ"dı. Ancaq Rusiya klubu üzərində qələbəmiz ilk dəfə oldu. İcraiyyə Komitəsinin qərarıyla növbəti mövsümə 8 yox, 10 komandayla başlayacaq. Bu qərar qüvvədədi. İnanıram ki, get-gedə komanda sayı artacaq, daha maraqlı, gərgin çempionat izləyəcəyik. Keçən mövsüm o gərginliyi bir o qədər hiss etmədik. Ancaq nəticə baxımından pis deyil. Avrokuboklarda qalan təmsilçilərimizin hər ikisi gözəl oyun nümayiş etdirir. İnanıram ki, növbəti mövsümdə haqq-ədalət özünü göstərməlidi. PFL yaranandan hələ olmayıb ki, 1-2-ci yeri tutan komanda öz sözünü deməsin. Hər mövsümdə olduğu kimi, kim güclüü, o da qalib gələcək".

 

Musayev çempionata sponsorluq məsələsinə də aydınlıq gətirib: "Çempionatın yeni adı PFL-lə bağlı olacaq. "Topaz" sponsorluq fəaliyyətini dayandırdı. Heç də peşman detilik. Ona görə ki, "Topaz" kimi bukmeker şirkəti var, ondan artıq pul təklif edir. Elxan Məmmədovla söhbət etmişdik, "Topaz" sponsorluq etsəydi, həmin puldan klubları sevindirərdik. Ancaq bu, baş tutmadı. Ümid var. Başqa şirkət var, Aslan Şahgəldiyevlə əlaqə saxlayırlar. Avqustun 16-dək qərar qəbul olunacaq. Büdcəmizdə pul olarsa, sizi də yanvarda gəzməyə apararıq (gülür)". 

 

PFL rəhbəri özlərində olan struktur dəyişikkiyinə də toxunub: "Texniki İdman Şöbəsinə rəsini postunu artıq Elgiz Abbasov tutur. O, bu vəzifəyə gələndən sonra istirahət etməyib, çox dəyişiklikdə bunda əziyyəti var. Çempionatın startını cümə gününə təyin etdik ki, futbolumuza düşərli olsun".


Digər xəbərlər

0.36452507972717