Qurban Qurbanov APOEL-dən sürpriz gözləyir: “Diqqətli oynamalı, səhvə yol verməməliyik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib: “APOEL-in gücü hər kəsə məlumdu. Hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdu. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. Bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdi. Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik".
Təcrübəli mütəxəssis azarkeş amilinə də toxunub: "Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə, stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdu, amma biz yalnız meydana konsentrasiya olmalıyıq".
-
“Qarabağ” çempionluq matçına çıxır
...
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...