UEFA “Qarabağ”ı cəzalandıra bilər
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”a qarşı intizam işi açıb.
Buna Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda İrlandiya “Dandolk”u ilə keçirilən cavab matçında meydana azarkeşin daxil olması və tribunada polislərlə fanatlar arasında insidentin yaşanması səbəb olub.
“Dalğa Arena”da baş verən məsələlərə avqustun 22-də baxılacaq.
Qeyd edək ki, sözügedən qarşılaşmanın 60-cı dəqiqəsində meydana daxil olan fanat Ağdam klubunun kapitanı Rəşad Sadıqovu qucaqlamışdı. Bundan başqa, qarşılaşmanın ikinci hissəsində “İmarət” azarkeş qrupu ilə polis arasında insident yaşanmışdı. Həmin gün “Qafqazinfo”ya açıqlama verən “Qarabağ”ın prezidenti Tahir Gözəl hadisəni araşdıracaqlarını, lazımi orqanlarla danışacaqlarını bildirmişdi. O, belə hadisələrə görə cərimələndiklərini qeyd etmişdi.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...