Vəsf zamanı deyil, Şəfəq xanım...

14:35 06-08-2019 | icon 2654
Vəsf zamanı deyil, Şəfəq xanım...

İcra başçısı  və müavinləri şəhid ailəsinin hüzr məslisində  niyə iştirak etmədi ? 


Prezident İlham Əliyev və  Birinci vitse prezident xanım Mehriban Əliyeva bütün səfərlərində  şəhid ailələrinə mütləq baş çəkir, onların problemləri ilə maraqlanır və məsələ ilə bağlı yerli hakimiyyət orqanlarına  ciddi tapşırıqlar verirlər. Təəssüf ki, bəzi  yerli  "padşahlar"  hələ də fil qulağında yatır  və ölkə başçısının "biz xalqın xidmətçisiyik" fikrini qulağardına  vururlar. Belə  məsuliyyətsiz  və ölkə başçısının etimadını doğrultmayan şəxslərdən biri də Neftçala Rayon İcra hakimiyyətinin rəhbərliyidir. Neftçala  rayonundan daxil olan məlumat görə, bir neçə gün əvvəl rayonun Qarabağ uğrunda müharibədə həlak olan ilk şəhidi Elton Həbibovun atası Mürvət Həbibov dünyasını dəyişib. Təkcə şəhid atası kimi deyil, həm də rayon ağsaqqalı  olan Mürvət  Həbibovun dəfnində rayonun əksər sakinləri iştirak edib. Düzdür, ailə maddi cəhətdən imkansız olduğu üçün yas mərasimində xeyli problemlər ortaya çıxıb. Ən pisi odur ki, hüzr məclisində nəinki icra başçısı İsmayıl Vəliyev, yaxud onun müavinləri, hətta icra hakimiyyətinin adi nümayəndəsi iştirak etməyib. Bu isə Neftaçaladan olan Qarabağ  veteranlarını çox narazı salıb. Son bir neçə ayda  Birinci vitse prezident Mehriban xanım Əliyevanın keçmiş prezidentlər - Əbülfəz Elçibəy və  Ayaz Mütəllibovun  xanımlarının dəfni ilə bağlı göstərdiyi humanist münasibətin cüzi bir hissəsini İsmayıl Vəliyev şəhid ailəsinə göstərə bilməzdi? Bəs görəsən Neftçala şəhərindəki şəhid Elton Həbibovun  adını daşıyan  4 saylı orta məktəbin direktoru Şəfəq Balaşova niyə şəhid ailəsinə qarşı bu qədər etinasız davranıb? Məclisdə iştirak edib "Başınız sağ olsun" demək üçün direktor xanımın vaxtı olmayıb ? Bəs  tez-tez  vaxt tapıb  icra başçısı İsmayıl müəllimin kabinetində  diskusiya açan Şəfəq xanım nə əcəb şəhid atasının dəfnində iştirak etməyə 5-10 dəqiqə vaxt tapmayıb.  Yeri gəlmişkən, Şəfəq xanım hər dəfə mətbuatda özü ilə bağlı gedən yazıdan sonra özü haqqında  xeyli pafoslu yazılar sifariş edir. Bu məqamda yada böyük Nəsiminin " Vəsf  zamanı deyil..." (Şəfəq  xanım ) misrası düşür. Bəli, Şəfəq xanım tez-tez  icra başçısı İsmayıl Vəliyevi ziyarət edir və hər dəfə də soruşur ki, bəs dediyin noodu...axı söz vermisən qoyacam...Görəsən, icra başçısı İsmayıl Vəliyev xanım məktəb direktoruna nə söz  verib? 

Bu barədə növbəti yazıda. (nuh)


Digər xəbərlər

0.30698204040527