Vəsf zamanı deyil, Şəfəq xanım...
İcra başçısı və müavinləri şəhid ailəsinin hüzr məslisində niyə iştirak etmədi ?
Prezident İlham Əliyev və Birinci vitse prezident xanım Mehriban Əliyeva bütün səfərlərində şəhid ailələrinə mütləq baş çəkir, onların problemləri ilə maraqlanır və məsələ ilə bağlı yerli hakimiyyət orqanlarına ciddi tapşırıqlar verirlər. Təəssüf ki, bəzi yerli "padşahlar" hələ də fil qulağında yatır və ölkə başçısının "biz xalqın xidmətçisiyik" fikrini qulağardına vururlar. Belə məsuliyyətsiz və ölkə başçısının etimadını doğrultmayan şəxslərdən biri də Neftçala Rayon İcra hakimiyyətinin rəhbərliyidir. Neftçala rayonundan daxil olan məlumat görə, bir neçə gün əvvəl rayonun Qarabağ uğrunda müharibədə həlak olan ilk şəhidi Elton Həbibovun atası Mürvət Həbibov dünyasını dəyişib. Təkcə şəhid atası kimi deyil, həm də rayon ağsaqqalı olan Mürvət Həbibovun dəfnində rayonun əksər sakinləri iştirak edib. Düzdür, ailə maddi cəhətdən imkansız olduğu üçün yas mərasimində xeyli problemlər ortaya çıxıb. Ən pisi odur ki, hüzr məclisində nəinki icra başçısı İsmayıl Vəliyev, yaxud onun müavinləri, hətta icra hakimiyyətinin adi nümayəndəsi iştirak etməyib. Bu isə Neftaçaladan olan Qarabağ veteranlarını çox narazı salıb. Son bir neçə ayda Birinci vitse prezident Mehriban xanım Əliyevanın keçmiş prezidentlər - Əbülfəz Elçibəy və Ayaz Mütəllibovun xanımlarının dəfni ilə bağlı göstərdiyi humanist münasibətin cüzi bir hissəsini İsmayıl Vəliyev şəhid ailəsinə göstərə bilməzdi? Bəs görəsən Neftçala şəhərindəki şəhid Elton Həbibovun adını daşıyan 4 saylı orta məktəbin direktoru Şəfəq Balaşova niyə şəhid ailəsinə qarşı bu qədər etinasız davranıb? Məclisdə iştirak edib "Başınız sağ olsun" demək üçün direktor xanımın vaxtı olmayıb ? Bəs tez-tez vaxt tapıb icra başçısı İsmayıl müəllimin kabinetində diskusiya açan Şəfəq xanım nə əcəb şəhid atasının dəfnində iştirak etməyə 5-10 dəqiqə vaxt tapmayıb. Yeri gəlmişkən, Şəfəq xanım hər dəfə mətbuatda özü ilə bağlı gedən yazıdan sonra özü haqqında xeyli pafoslu yazılar sifariş edir. Bu məqamda yada böyük Nəsiminin " Vəsf zamanı deyil..." (Şəfəq xanım ) misrası düşür. Bəli, Şəfəq xanım tez-tez icra başçısı İsmayıl Vəliyevi ziyarət edir və hər dəfə də soruşur ki, bəs dediyin noodu...axı söz vermisən qoyacam...Görəsən, icra başçısı İsmayıl Vəliyev xanım məktəb direktoruna nə söz verib?
Bu barədə növbəti yazıda. (nuh)
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...
-
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu
...
-
Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi
...
-
Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanı təbrik edib
...
-
Abdullah Gül İlham Əliyevi təbrik etdi
...