1xBet Premyer Liqamıza sponsor olacaq?

14:47 06-08-2019 | icon 2839
1xBet Premyer Liqamıza sponsor olacaq?

“Barselona" və "Çelsi" klublarının tərəfdaşı 1xBet bukmeyker kontoru premyer liqamıza sponsor olmaq istəyir”.

Bu sözləri idman jurnalisti Sənan Şəfizadə deyib. O, şirkətin liqamıza sponsor olacağı halda mövsümün bahalı keçə biləcəyini vurğulayıb:

“Deyim ki, rəsmiləşəcəyi halda ölkə çempionatı tarixində ən bahalı mövsüm olacaq. Qanuna əsasən bu şirkət Azərbaycanda fəaliyyət göstərə bilməz. Bununla belə qanun onların sponsor kimi fəaliyyətini qadağan etmir. Düzdür, prosedur qaydaları asan deyil, amma mümkündür. 

Fikrimcə Topaz-ı müqaviləni artırmamaqda günahlandırmaq olmaz. Şirkət pul xərcləyir və əvəzində hədəfinə çatmaq istəyir. Müasir dünyada sponsor matçlar zamanı iki-üç banner, formalarda loqonun olması, yayımçı TV kanalda şərh zamanı adının çəkilməsiylə kifayətlənməli deyil. Ola bilər başqa idman növündə böyük layihələr söz verilib.

İstənilən halda alınsa yeni sponsorun diqqətini cəld edəcək layihələr olmalıdı. Daha çox TV-də verilişlər hazırlanmalıdı. Çünki sponsor məhsulunu bütün TV-lərdə görməklə adının çəkilməsini arzulayır. Bizdə isə bu çətin məsələdi. Ən əsası isə premyer liqamızı stadiondan daha çox adam izləməlidi, oyunlar həqiqətən maraq kəsb etməlidi. Və çempionatda intriqa görünməlidi. Əgər intriqa yoxdursa, onu yaratmaq lazımdı. PFL-ə çətin işdə uğurlar arzu edirəm”.


Digər xəbərlər

0.3162088394165