PFL tender elan etdi

14:59 06-08-2019 | icon 3057
PFL tender elan etdi

Peşəkar Futbol Liqası 2019/2020-ci illər futbol mövsümü üçün Premyer Liqanın titul sponsorluğu ilə əlaqədar tender elan edir. Şərtlər aşağıdakılardan ibarətdi:

 

 - Tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdır.

 

 - Tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün Premyer Liqanın bütün reklamlarından istifadə səlahiyyətinə malik olacaq.

 

 - Premyer Liqanın titul sponsorluğunun təklif paketi maraqlanan şirkətə elektron poçt vasitəsi ilə göndəriləcək.

 

Tenderin ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək. 

 

Tenderdə iştirak üçün son müraciət tarixi 6 sentyabr 2019-cu ildir.

 

Əlaqə : [email protected]  012 404 27 77 (1173)

 

Xatırladaq ki, son 7 ildə Premyer Liqamızın titul sponsoru başa çatan əməkdaşlıq müqaviləsini uzatmayan "Topaz" idi. 


Digər xəbərlər

0.35578989982605