Daha bir 17 yaşlı qız özünü asdı – Ərə vermək istəyiblər
Azərbaycanda daha bir 17 yaşlı qız intihar edib.
Hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.
Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.
Belə ki, qız nənəsi və babası ilə yaşayıb. Atası A,Hacıyevanın anasından boşanaraq Rusiyaya gedib. Anası isə İmişli rayonunda ərə gedərək qızı valideynlərinin yanında qoyub. İlkin məlumata görə, nənə nəvəsini ərə vermək istəyib və bəyin ailəsini də seçib. Lakin qızın özü bu nikahı istəməyib. A.Hacıyeva taxıl kisələrinin üzərinə çıxaraq tikilidə özünü asıb.
Nəvənin meyitini nənəsi tapıb. Onlar bir otaqda yatıblar və qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb.
Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.
Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, bir müddət əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun intiharına səbəb kimi məcburi ərə verilməsi ehtimal olunur. Məlumat üçün bildirək ki, Gülər nişanlı olub. (Oxu.Az)
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...