“İlk oyuna görə pis nəticə deyil” - Rəşad Sadıqov

00:11 07-08-2019 | icon 2731
“İlk oyuna görə pis nəticə deyil” - Rəşad Sadıqov

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL üzərində 2:1 hesablı qələbə qazanıb.

Ağdam klubunun kapitanı Rəşad Sadıqov güclü rəqibə qarşı oynadıqlarını bildirib:

 “Bizim üçün vacib oyun idi. Güclü rəqibə qarşı oynayırdıq. Səviyyələri ortada idi. Təcrübəli komandadır. Çox şükürlər olsun ki, yaxşı mübarizə apardıq. İlk oyuna görə, pis nəticə deyil. Qarşıda bizi çox vacib oyun gözləyir. Bakıda keçiriləcək cavab oyununa köklənməliyik”.

 

Qeyd edək ki, komandaların cavab matçı avqustun 13-də keçiriləcək.(qafqazinfo)


Digər xəbərlər

0.2868390083313