Qurban Qurbanovdan qələbə şərhi

00:12 07-08-2019 | icon 3295
Qurban Qurbanovdan qələbə şərhi

"Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular".
 
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə APOEL-ə qalib gəldikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.

O, rəqibin məğlub olmasına baxmayaraq, güclü komanda olduğunu və Bakıda "Qarabağ"ı daha ağır oyun gözlədiyini bildirib: "Rəqibin gücünü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib cavab matçında daha hazırlıqlı olmalıyıq".

 

Qeyd edək ki, komandaların cavab görüşü avqustun 13-də baş tutacaq.


Digər xəbərlər

0.28119301795959