“Azəravtoyol”da kreslo uğurunda mübarizə böyüyür: Əvəz Qocayev Saleh Məmmədova media “savaş”ı açıb?

08:57 07-08-2019 | icon 2188
“Azəravtoyol”da kreslo uğurunda mübarizə böyüyür: Əvəz Qocayev Saleh Məmmədova media “savaş”ı açıb?

Futbolda üçüncü yer uğrunda mübarizədə axırıncı oyunu udub gümüş medal qazanmaq finalda uduzaraq ikinci yerə çıxmaqdan ehtişamlı sayılır. Çünki, çempion birdir və finalçının adı uzun müddət xatırlanmır. Amma cəmiyyətin mənsəb nərdivanında, hakimiyyətin iyerarxiya pilləkənində belə deyildir. “Qabusnamə”də deyilir ki, vəzifədə ikinci pilləni tutmaq çətin məsələdir. Ona görə ki, ikinci şəxs həm özünü birincinin qəzəbindən, həm də üçüncünün hiyləsindən, şər-böhtanından, quracağı tələdən, arxadan vura biləcəyi zərbədən qorumalıdır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin direktor müavini Əvəz Qocayev isə nə üçüncüdən, nə də birincidən qorxan deyil. Hətta deyilənə görə, o, bəzi məsələlərdə Agentliyin rəhbəri Saleh Məmmədovdan da keçərli söz sahibidir. Onu da deyirlər ki, Əvəz Qocayevə “toxunulmazlıq statusu” qazandıran bir səbəb də media ilə manipulyasiya etməyi, Saleh Məmmədova təzyiq göstərməyi bacarmasıdır.


Təxminən yarım il bundan əvvələ qədər mətbuatda Əvəz Qocayevin özünə də qarşı silsilə xarakterli ittihamlar səslənirdi. Saytlar onun tender oyunları, yol maxinasiyaları, şəxsi kapitalı və vəzifəsindən istifadə edərək qurduğu biznes haqda ilginc məlumatlar yayırdılar. Yazırdılar ki, onun doğma Əyyublu kəndindəki tikinti materialları satış dükanı bölgənin əsas obyektlərindəndir. Bu dükanın əsas material təhcizatı isə elə “Azəravtoyol” ASC hesabına təmin edilir. Belə ki, dövlət büdcəsi ilə alınıb istifadə olunmalı materiallar bu dükanda açıq satışa çıxarılır. Yazırdılar ki, Ə.Qocayev və onun ailə üzvlərinin adına Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, “Oba” MTK-da sahəsi 120 kv.m olan “NN” Gözəllik salonu, həmin salonun içinə 70000 manat dəyərində avadanlıq, “Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbə villa, “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, “Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, “Yeni Həyat” MTK Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, Novxanıda bağ evi, (evin əşyaları 250000 manat), Novxanıda bağ evi, (evin əşyaları 400000 manat)dəyərində, “Real” MTK-də 380 kv.m olan ofis,( ofisin içinə alınmış avadanlıq 60000 manat), «S klass -20R Mersedes» markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və «Karavella Volsvagen» markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın… və s. əmlakları vardır. Sözsüz ki, sonrakı dövrdə bu natamam siyahıya sanballı əlavələr olmuşdur.


RealMedia.az xəbər verir ki, nədənsə birdən-birə Əvəz Qocayevin barəsində gedən tənqidi yazıların arası kəsildi, internet resurslarında mövcud olanların da çoxu yığışdırıldı. Bu müşahidələr onunla izah olunurdu ki, Qocayev üzdə olan bir sıra oxunaqlı saytlara paket göndərir və tənqidçi jurnalistlər də onun qarşısında müəyyən öhdəliklər götürüblər. Di gəl, elə həmin KİV Saleh Məmmədova da qarşı eyni və daha kəskin ittihamlarla çıxış etməkdədirlər. Sual olunur: Əcəba, Əvəz Qocayev media mənsubları ilə münasibətdə özünə yönəlik tənqidi fikirlərə filtr qoyacaq qədər iqtidarlıdırsa, niyə birbaşa rəisinin nüfuzunu qorumaqla qayğılanmır, niyə Saleh Məmmədovu mətbuatın hücumlarından qorumur? Bu sual nə qədər ki açıq qalıb, Əvəz Qocayevin Saleh Məmmədovun kreslosunda tamahının olması barədə gəzən söhbətlərin yalan olduğunu da əminliklə demək olmaz. (RealMedia.az)


Digər xəbərlər

0.25029993057251