Qubaxəlilli kəndi taxılçılıq və heyvandarlıqda aparıcı ərazidir

18:28 07-08-2019 | icon 41
Qubaxəlilli kəndi taxılçılıq və heyvandarlıqda aparıcı ərazidir
loading...

Qubaxəlilli kənd təsərrüfatı sahəsində xüsusilə taxılçılıq və heyvandarlıqda
sovetlər dövründə rayonun aparıcı ərazilərindən biri olub. Çox təəssüf ki, yaxın illərə
qədər təsərrüfat fəaliyyətində gerilik yaranmış, yeni təsərrüfatçılıq və idarəetmə
meyllərinə az maraq göstərilmişdi, hər şeyi hazır gözləmək meyli artmışdı. Yaxşı haldır
ki, dövlətin yaratdığı imkanlar sayəsində taxılçılar əvvəlki şöhrəti qaytarmaq
əzmindədirlər.


Qubaxəlilli kəndində keçirilən görüş-qəbulda İsmayıllı rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov bu məsələlərdən ətraflı danışıb, ölkədəki sosial-iqtisadi
inkişafın yüksələn tempindən, İsmayıllının cənab Prezident İlham Əliyevin Sərəncamları
əsasında yeni bir yüksəliş yolunu qət etməsindən bəhs edib. Rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov onu da bildirib ki, Qubaxəlilli bələdiyyəsi fəallıq göstərərək 3
min kvadratmetrlik yola asfalt çəkdirib, əhali vergiləri vaxtında ödəsəydi, bələdiyyə daha
çox iş görə bilərdi.


Mirdaməd Sadıqov Qubaxəlilli kənd sakinlərinə bir daha məsləhət görüb ki, geniş
torpaq imkanları olan bu ərazidə insanlar təsərrüfat fəaliyyətini əsil mənada
canlandırsınlar, taxılçılıq və heyvandarlıq üzrə kooperativlər, aqrokompleks və ya
aqropark yaratsınlar. Dövlət belə iş qurmaq istəyən hüquqi və fiziki şəxslər üçün geniş
imkanlar açır. Rayon icra hakimiyyəti də sahibkarlara lazımi şərait yaradır.
RİH-nin başçısı iştirakçılardan daha öncə sosial problemlərdən özü danışıb.
Qeyd edib ki, Qubaxəlilliyə suvarma suyu çəkilməsinə, elektrik xətlərinin
sibkabelləşməsinə və smartkarta keçilməsinə, Cərmədil kəndinə gedən elektrik
xətlərindəki dirəklərin yeniləri ilə əvəz olunmasına, uşaq bağçasının açılmasına, həkim
məntəqəsinin təmir olunması və ya yenisinin tikilməsinə, keçmiş heyvandarlıq
kompleksi ərazisində məskunlaşmış qaçqın və köçkünlərin evinə qaz xətti çəkilməsinə
çox ciddi ehtiyac vardır. Rayon icra hakimiyyəti öz səlahiyyətləri səviyyəsində bu
problemlərin həlli üzərində çalışır.


İştirakçılardan ilk olaraq çıxış edən təhsil veteranı Hüsen Həsənov xalqın sosial
həyatına gətirdiyi rahatlıq və zənginliyə görə dövlət başçısına minnətdarlığını bildirib.
RİH-nin başçısına təşəkkür edib ki, həmişə yerlərdə olur, hər bir sakini yaşayış yerində
dinləyir, informasiyaları ilk mənbədən alır.


Bir neçə nəfər iştirakçı da təkliflərlə çıxış edib.


Sonda RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, problemlər bizə
məlumdur, onların həlli üçün aid Respublika və rayon təşkilatları ilə birgə iş aparılır.
Görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul
işçisi Qalib Əsgərov iştirak edib.


Digər xəbərlər

4.1271629333496