Deputatın Toliklə bağlı səs yazısını yaydılar

18:46 07-08-2019 | icon 31
Deputatın Toliklə bağlı səs yazısını yaydılar
loading...

Milli Məclisin deputatı Tahir Rzayev Demokrat.az-a açıqlamasında Tarix Əliyev (Tolik) və digər onun kimi insanların YAP-a üzv olmasına etiraz edən fikirlər səsləndirib. Ancaq nədənsə Tahir Rzayev ötən gün gecə saatlarında saytla telefon əlaqəsi saxlayaraq, Toliklə bağlı fikirlərinin saytdan çıxarılmasını xahiş edib.

Səbəb kimi isə Tarix Əliyevin həmin fikirlərə görə ona zəng edərək, etiraz etdiyini bildirib:

"Gərək siz mənim Tolik haqqında fikirlərimi saytda yazmazdınız. Mən bunu ümumi danışmışam. Bayaqdan Toliklə bağlı mənə zəng olunur. Xahiş edirəm ki, Tolikin adı olan hissələri saytdan çıxarın".

Bu gün deputat yenidən Toliklə bağlı fikirlərinin təhrif olunması barədə "Yeni Sabah"a açıqlama verərək, özünü "doğru" çıxarmağa çalışıb: “O sözü mən deməmişəm, mənim sözümü təhrif ediblər.  Sözümü təhrif edən jurnalistlə də danışdım, ona dedim ki, “Bir də belə şey olmasın”.  Tarix Əliyev özü də mənə zəng etmişdi. Düzü, mən sadə adamların şəxsi məsələsinə qarışan deyiləm.  Jurnalist mənə sualı ünvanlayanda  bir neçə şəxsin də adını çəkdi ki, bunlar “belədir”.  

Mənsə dedim ki, “Bilirsiziniz nə var,  hər bir adamın özünün şəxsi işi var, şəxsi dünyagörüşü var”. O sözümü təhrif olunmuş şəkildə yazıblar.  

Mən axı belə bir şey demərəm, bu mənim əxlaqıma uyğun deyil.  Kim  haqqındasa belə kobud ifadələr işlətmərəm.  Bu yalan məsələdir, mən belə sözlər işlətməmişəm”.

Sayt bu haqda açıqlama yayaraq T. Rzayevin heç bir fikrinin təhrif olunmadığını bildirib: “Etik baxımdan doğru olmasa da, deputat T.Rzayev bu fikirlərdən sonra özü məcbur etdi ki, onun Tolik haqqında dediklərinin səs yazısını oxuculara təqdim edək”.

Həmin səs yazısının təqdim edirik: 

 

Digər xəbərlər

1.0446519851685