“Trabzonspor”dan Mahirlə bağlı - Açıqlama

19:37 08-08-2019 | icon 36
“Trabzonspor”dan Mahirlə bağlı - Açıqlama
loading...

Türkiyənin “Trabzonspor” klubu Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emrelini transfer edəcəyinə dair yayılan xəbərə münasibət bildirib.

Klubun Futbolçu İzləmə Komitəsinin sədri İhsan Derelioğlu xəbəri təkzib edib.

“Hazırda gündəmdə belə bir məsələ yoxdur. Çox güman ki, menecerlər “Trabzonspor”un adından istifadə edib”, - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatı Super Liqa təmsilçisinin Mahir Emrelini transfer edəcəyinə dair xəbər yaymışdı. Mahirin özü isə “Qafqazinfo”ya açıqlamasında müxtəlif təkliflər olduğunu təsdiqləmiş, indiki halda fikrini “Qarabağ”ın oyunlarına yönəltdiyini bildirmişdi.(qafqazinfo)


Digər xəbərlər

4.8429670333862