“Səbail” futbol klubu dağılır? – Açıqlama

19:42 08-08-2019 | icon 3181
“Səbail” futbol klubu dağılır? – Açıqlama

Sosial şəbəkələrdə “Səbail”in gələn mövsümdən fəaliyyətinə son qoyacağı ilə bağlı xəbərlər yayılıb. 

Eyni zamanda futbolçuların bu mövsüm kifayət qədər az məbləğ qarşılığında oynayacaqları da gündəm mövzusudur.

 Məsələ ilə bağlı “Səbail”in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova açıqlama verib. O, yayılan xəbərlərin həqiqətə uymadığını söyləyib:

“Mən məsələ ilə bağlı icraçı drektorla danışdım. O, dedi ki, belə söhbət olmayıb, belə bir şey yoxdur. Yayılanlar yalandır”.

Qeyd edək ki, daha öncə də belə məlumat yayılsa da, klub bunun həqiqət olmadığını bildirmişdi. Məsələnin yenidən gündəmə gəlməsi isə klubda vəziyyətin ürəkaçan olmadığına deməyə əsas verir.(yenisabah)

 

“Səbail” futbol klubu dağılır? – Açıqlama
 

Digər xəbərlər

0.28802800178528