Böyük Kəsik qatarında ölüm
Bu gün saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib.
Buna səbəb vaqondakı sərnişinlərdən biri -1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyətinin pisləşməsi olub.
Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Lakin buna baxmayaraq Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb.
Onu da bildirək ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.
-
“Papanin” və “Kubinka”da növbəti əməliyyat - 7 nəfər tutuldu
...
-
Ağdam Musiqi Kollecinin direktoru rüşvət alarkən cinayət başında yaxalanıb - RƏSMİ
...
-
“Sədərək” ticarət mərkəzində 27 mağazanı qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
...
-
Filmlərdə gördüyü metodla evlərindən 80 minlik oğurluq etdi
...
-
DTX “Hüseyniyun”un təşkilatçılarından olan Taleh Yusifovu ekstradisiya etdi
...
-
Uzunqulaq ətini dağkeçisi adı ilə satan “Eşşək Tahir” tutuldu
...
-
Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi
...
-
Bakıda “Uber”in 7 sürücüsü tutuldu - Foto
...
-
Azərbaycanda gənc müəllim qəzada öldü - Foto
...
-
Oğurladığı 23 min manatı əyləncəyə, brend geyimlərə xərclədi
...