“Bakcell”dən analoqu olmayan tələb - YAP vəsiqəsi...
Azərbaycanda “Bakcell” abunəçiləri şirkət tərəfindən heç bir biznes qaydalarına uyğun gəlməyən tələblə üz-üzə qalıblar.
Bununla bağlı son günlər sosial şəbəkələrdə kütləvi etirazlar yayılmaqdadır. Şirkət müştərilər qarşısına hətta bir sıra dövlət idarələrinin qoymadıqları tələbi irəli sürürlər.
Söhbət ondan gedir ki, şirkət internet xidmətləri ilə bağlı bəzi kampaniyalarla müştərilərin diqqətini özünə cəlb etməyi bacarıb. Bu xidmətlərdən yararlanmaq istəyən “Bakcell” istifadəçiləri şirkətlə əlaqə saxlayaraq həmin kampaniyalara qoşulmaq niyyətlərini bildirir, bunun üçün lazım olan prosedurları öyrənməyə çalışırlar. Amma onlar sensasiya hesab olunacaq bir tələblə qarşılaşırlar.
Həmin internet paketlərə sahib olmaq üçün irəli sürülən tələblərdən biri də, müştərinin Yeni Azərbaycan Partiyasının üzvü olmasıdır. Bu tələb istifadəçilər tərəfindən təpki ilə qarşılanıb.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov şirkətin bu şərtini gülüşlə qarşılayıb:
“Biz burada siyasətlə biznesin bir sintezini görürük. Bu çox qeyri-adi bir tələbdir. Görünür bu YAP-ın kütləvi partiya olmağından qaynaqlanır.
Bu, istehlakçıların arasında bir ayrı-seçkilik qoymaqdır. İstehlakçı hüquqlarının pozulması deməkdir. Amma istehlakçının seçim hüququ var, iqtisadiyyatı bu qədər siyasiləşdirmək düzgün deyil. “Bakcell” bir iqtisadi qurumdur, bura partiya mənsubiyyətini gətirmək doğru deyil.
Ola bilər sabah başqa bir mürtəce partiya olar, öz operatorunu açar və deyər ki, yalnız üzvlərim mənim xidmətimdən istifadə edə bilər. Bu anormal bir biznes çağırışıdır”.
-
Neftimiz 99 dollara düşdü
...
-
“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb
...
-
Yeni 5 qəpiklik buraxıldı - Foto
...
-
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
...
-
“Azeri Light”ın qiyməti 101 dollara düşdü
...
-
Köhnə smartfonunu sərfəli şərtlərlə sat! - “Nar”dan əla fürsət
...
-
Yeni 1 manatlıq buraxıldı - Taleh Kazımovun imzası ilə
...
-
Azərbaycan nefti yenə bahalaşdı
...
-
“Nar” Füzuli və Tərtərdəki məktəblərə dəstək olub
...
-
Azərbaycanda şəhərlərarası taksi istiqamətlərinin top beşliyi
...