Güləşçilərimizdən iki medal

10:18 10-08-2019 | icon 2964
Güləşçilərimizdən iki medal

Azərbaycan güləşçiləri Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turnirində bir gümüş və bir bürünc medal qazanıblar.

 İslam Bazarqanov (57 kq) ölkəmizin aktivinə gümüş, Həsən Əliyev (77 kq) isə bürünc medal yazdırıblar.

Sərbəst güləşçimiz İslam Bazarqanov finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Yunan-Roma güləşçimiz Həsən Əliyev isə Qırğızıstan təmsilçisi bürünc medal uğrunda görüşdə Kayratbek Tuqolbayevi 10:1 hesabı ilə məğlub edib.

Bununla da Azərbaycan pəhləvanlarının Qran-Pridə qazandıqları medalların sayı 8-ə çatıb.


Digər xəbərlər

0.23786616325378