Vilyam Hacıyev üçün xoş gün 

10:25 10-08-2019 | icon 42
Vilyam Hacıyev üçün xoş gün 
loading...

Bu gün İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ad günüdür. O, 62 yaşını qeyd edir.

Qeyd edək ki, Hacıyev Vilyam Fəhralı oğlu 10 avqust 1957 -ci ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl ) şəhərində anadan olmuşdur.1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirmişdir.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

O, 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 02 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini, 26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. 07 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012- il tarixli Sərəncamı ilə İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Biz də redaksiyamız adından Vilyam müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

 

 


Digər xəbərlər

2.3196399211884