Lənkəranda Şuranın iclası keçirilib
Ötən gün Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun xəstə olması haqda məlumat yayılmışdı. Yayılan xəbərdə deyilirdi ki, başçının sağlamlıq durumu o qədər ağırdır ki, hətta vəzifəsinin icrasını həyata keçirə bilmir.
Azeripress.az xəbər verir ki, T. Qaraşov bu xəbərlərin həqiqətəuyğun olmadığını nümayiş etdirib. Belə ki, o bu gün Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclasını keçirib.
Iclasda 2019-cu ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədən irəli gələn vəzifələr müzakirə edilib.
İclası giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, cari ilin əvvəllərində ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş sosial layihələr paketində nəzərdə tutulmuş tədbirlər ölkəmizdə sosial problemlərin daha operativ həllinə geniş imkanlar yaradıb.
Sonra Lənkəran ŞİH başçısının birinci müavini M.Babayev “2019-cu ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər barədə məruzə edib.
Müzakirələr zamanı rayon Maliyyə idarəsinin müdiri İ.Rəcəbov, rayon Sosial Müdafiə Mərkəzinin direktoru V.Ağayev və rayon Məşğulluq mərkəzinin direktoru R.Höccətov çıxış ediblər. Yığıncağın sonunda İcra başçısı rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə ölkə Prezidenti tərəfindən təltif olunmuş bir qrup şəxsə fəxri mükafatlar təqdim olunub
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...