“Bney Yehuda” - “Neftçi” matçının hakimləri açıqlandı

16:32 11-08-2019 | icon 3010
“Bney Yehuda” - “Neftçi” matçının hakimləri açıqlandı

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçının hakimləri açıqlanıb.

İsraildə baş tutacaq oyunu italiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Daniele Doveri olacaq. Ona bu işdə Alessandro Kostantso və Alesio Tolfo yardım edəcək. Dördüncü hakim funskisiyasını isə Fabritsio Paskua yerinə yetirəcək.

Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2. 


Digər xəbərlər

0.2588210105896