Nabrandakı "Sunset Forest" vergidən necə yayınır?

10:11 12-08-2019 | icon 2922
Nabrandakı
gidən yayınmaya qarşı nə qədər mübarizə aparılsa da, bu kimi halların qarşısını almaq mümkün olumur. Bəzi sahibkarlar müxtəlif yollarla qazancını gizlədir, milyonlarla vəsaiti dövlət büdəsindən yayındırır. Belələrindən biri də Nabranda fəaliyyət göstərən "Sunset Forest" istirahət mərkəzinin rəhbərliyidir.
 
Bu barədə istirahət mərkəzinin müştərilərindən biri məlumat verib. Onun sözlərinə görə, "Sunset Forest"in ərazisində 20-dən artıq kabinet var. Hər bir kabinetin gündəlik icarə haqqı 50-60 manatdır. Həmçinin mərkəzin restoranı və əyləncə məkanları fəaliyyət göstərir. Amma nə kaibentlərdə, nə də restoranda ödənilən məbləğə görə müştərilərə çek verilmir. Bu isə külli miqdarda vəsaitin vergidən yayındırılmasına səbəb olur.
 
Qeyri-iş günü olduğundan rəsmi qurumların məsələyə münasibətini öyrənə bilmədik.(Qaynarinfo)

Digər xəbərlər

0.28633308410645