Kadırov oyun zamanı mikrafonla hakimi təhqir etdi - Video

10:22 12-08-2019 | icon 4724
Kadırov oyun zamanı mikrafonla hakimi təhqir etdi - Video

Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" matçının ikinci hissəsində maraqlı anlar yaşanıb.

 "Axmat Arena"da keçirilən qarşılaşmanın baş hakimi Çeçenistan Prezidenti Ramzan Kadırov tərəfindən təhqir olunub.

Belə ki, matçın 82-ci dəqiqəsində mikrafonu əlinə alan Kadırov, Aleksey Suxoyun ünvanına "Hakim, prezervativdir" deyib.

Eyni zamanda "Axmat"ın rəhbəri olan Kadırov bunun səbəbini hakimin oyun ərzində etdiyi səhvlərlə əlaqələndirib.

Qeyd edək ki, qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Onu da qeyd edək ki, bu, Kadırovun ilk belə əməli deyil. O, 2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.

 

 

Digər xəbərlər

0.29324817657471