Nardaranda 4 uşağın batması ilə bağlı cinayət işi açıldı

14:16 12-08-2019 | icon 3081
Nardaranda 4 uşağın batması ilə bağlı cinayət işi açıldı

Avqustun 10-da Bakının Nardaran qəsəbəsində, qeyri-çimərlik ərazidə 4 azyaşlı uşağın boğularaq ölməsiylə bağlı cinayət işi açılıb.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Digər xəbərlər

0.28693795204163