Heydər Əliyev Fondundan bayram hədiyyəsi – Fotolar
Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
Heydər Əliyev Fondundan bildiriblər ki, ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublika üzrə ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələlərə bayram sovqatları çatdırıblar. Bayram sovqatlarının paylanılması avqustun 13-dək davam edəcək. Ümumilikdə 70 minə yaxın ailənin bayramı təbrik edilərək, onlara Qurban bayramı münasibətilə qurban payları çatdırılacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edirlər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.
-
Ramazanın dördüncü gününün duası - İmsak və iftar vaxtı
...
-
“Məqsədimiz daha təmiz, yaşıl dəhliz yaratmaqdır” - Tahir Gözəl
...
-
Sabah 15° isti olacaq
...
-
Etibarlı dostumuz və müttəfiqimiz
...
-
Strateji tərəfdaşlığın və müttəfiqliyin yeni üfüqləri
...
-
Dostluq və qardaşlıq əlaqələrinin rəmzi
...
-
Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələdə
...
-
İkitərəfli əlaqələrin genişləndirilməsində mühüm addımlar
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Fəal əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur
...