Novruz Məmmədov Berdiməhəmmədovla görüşdü - Fotolar
Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumu keçirilib.
Foruma Xəzəryanı ölkələrin - Rusiyanın Baş Naziri Dmitri Medvedev, İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş Naziri Askar Mamin, qonaq qismində isə Bolqarıstanın Baş Naziri Boyko Borisov və Özbəkistanın Baş Naziri Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri, o cümlədən Xəzər regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri qatılıblar. Forumda Azərbaycan Respublikasını Baş Nazir Novruz Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Forum çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Baş Nazir Novruz Məmmədov ilə görüşüb.
Tərəflər Türkmənistan-Azərbaycan dialoqunun mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə qeyd olunub ki, Xəzər regionu üzrə qonşu olan Azərbaycan və Türkmənistan müasir dövrün aktual problemlərinin həll yollarının axtarışında strateji tərəfdaş kimi çıxış edirlər.
Daha sonra N.Məmmədov İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb. Görüşdə Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub və əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
-
Prezident Arif Paşayevi təbrik etdi
...
-
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
...
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...
-
Rəsmi Bakıdan Paşinyana - Cavab
...
-
Prezident seçkilərinin yekun nəticələri açıqlandı
...