“Diqqətli olmalıyıq” - Qurban Qurbanov
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" sabah III təsnifat mərhələsinin cavab matçında APOEL-i qəbul edəcək.
Oyunöncəsi mətbuat konfransına qatılan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Kipr təmssilçisi ilə keçiriləcək qarşılaşma barədə danışıb.
Təcrübəli mütəxəssis yaxşı nəticə qazanmaq istədiklərini bildirib:
"Vacib oyuna çıxacağıq. Diqqətli olmalıyıq. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Ümumiyyətlə, APOEL daim fərqli sistemdə oynayır. Sabah futbolçularımıza meydanda daha çox düşünmək lazım olacaq. Komandanı bacardığımız qədər məlumatlandırmışıq. Hər bir halda, istəyirik ki, azarkeşlərimizi sevindirək. Yaxşı oyun göstərib, mübarizə aparmaq və yaxşı nəticə qazanmaq istəyirik". Qurban Qurbanov zədəli futbolçular barədə də məlumat verib: "Hər şey yaxşılığa doğru gedir. Bədavi komandaya qoşulmayıb. Belə oyunlarda futbolçu sayının çox olmasının önəmi böyükdür. Digər futbolçularda vəziyyət normaldır. İndi 10-15 gün əvvələ nisbətən daha yaxşıyılq. Mikrozədələr də olur. Amma həftəboyu hamı komanda ilə birgə məşq edib".
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...
-
“Qarabağ” çempionluq matçına çıxır
...
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...