Ermənilər Azərbaycana keçən əsgər haqda xəbər yaydılar
Ermənistan mediası avqustun 12-də təmas xəttinin Füzuli istiqamətindən fərarilik edərək Azərbaycan tərəfə keçən erməni hərbçisi barədə bəzi məlumatlar yayıb.
2019-cu ilin yanvarında hərbi xidmətə çağırılan Araik Kazaryan Ermənistan vətəndaşıdır. 19 yaşlı əsgər Ermənistanın Vayotsdzor vilayətinin (işğal altındakı Kəlbəcər rayonu ilə həmsərhəd-red.) Yexeqis kəndindəndir. İşğal altındakı Qarabağda işgəncələrə dözməyib Azərbaycan əsgərlərinə könüllü təslim olan erməni əsgərin qardaşı da Ermənistan ordusunda xidmət keçir. Onun orduda müqaviləli xidmət keçdiyi bildirilir. A.Kazaryanın bir müddət əvvəl məzuniyyətdə olduğu bildirilir. Erməni tərəf iddia edir ki, onun yüksək əhval-ruhiyyəsi var imiş, heç nədən şikayətlənmirmiş. Orta məktəbdə yaxşı oxuyan Kazaryanın sonralar proqramlaşma işi ilə məşğul olduğu qeyd olunub. Tərxis olunandan sonra ali təhsil almaq niyətindəymiş.
Ermənistan tərəf əsgərin fərariliyi və Azərbaycan tərəfə keçməsi barədə Azərbaycan mətbuatından xəbər tutub. Maraqlıdır ki, hələlik əsgərin işgəncəyə məruz qalması və fərarilik etməsi haqda Ermənistan tərəfdən rəsmi açıqlama verilməyib. Görünür ermənilər hələlik bir bəhanə uydura bilmirlər.
Azərbaycanın işğal altındakı ərazilərdə xidmət keçənlərin dözülməz vəziyyətlə üz-üzə olması barədə çoxsaylı faktlar var və bunu ermənilər də etiraf edir. Üstəlik, Ermənistan vətəndaşının Qarabağda xidmət keçməsi işğalçının mahiyyətini növbəti dəfə ifşa edir. Hansı ki, erməni rəsmilər iddia edirdilər ki, Qarabağı “artsax əsgərləri qoruyur”. Kazaryanın döyüş postundan qaçması faktı göz önündədir.(Musavat.com)
-
Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ermənistanın təxribatına qarşı “qisas əməliyyatı” keçirildi - Ciddi itkiləri var
...
-
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub - VİDEO
...
-
Hüseynlə Aqşin Azərbaycana təhvil verildi
...
-
Azərbaycanla Ermənistan arasında hərbçilər qarşılıqlı azad edilir
...
-
Terrorçu rejim Azərbaycanda mülki aviasiyaya belə radiomaneələr edib - DTX
...
-
“Şahramanyan sentyabrda Azərbaycan DTX ilə əlaqə saxlayıb”
...
-
Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir - Video
...
-
Ordumuzun müsadirə etdiyi silahların yeni - Siyahısı
...