Müsavat Partiyasını kim maliyyələşdirir? – Şok iddia
“Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbəri “Sirab” şirkəti maliyələşdirir”.
Bu sensasion iddia ilə hazırda Avropada yaşayan müsavatçı jurnalist Laçın Məmişov çıxış edib.
“Youtube” üzərində canlı yayım edən jurnalist İsa Qəmbəri və Müsavat Partiyasının başqanı Arif Hacılını bu barədə suallarına cavab verməyə çağırıb:
“Mən buradan İsa Qəmbərə və Arif Hacılıya müraciət edib, “Sirab”dan onlara nəyə görə pullar verilməsinə cavab istəyirəm. Bu gün İsa Qəmbərin bütün müalicə xərclərini “Sirab” şirkəti ödəyir. İsa Qəmbər, Arif Hacılı, bu suallara cavab verin. Məndən qaça bilməyəcəksiniz. Gec-tez ifşa olunacaqsınız”.
Qeyd edək ki, “Sirab” şirkəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə şirkətlərindən biridir.
-
İlham Əliyev Overçuku qəbul etdi
...
-
“Seçkilərdə İlham Əliyevə alternativ yoxdur” - Lalə Şövkət
...
-
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri o oldu
...
-
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
...
-
Prezident və xanımı Şəhidlər xiyabanında - Fotolar - Video
...
-
Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi
...
-
Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib
...
-
COP29-un Təşkilat Komitəsi yaradıldı - Sərəncam
...
-
Hikmət Mirzəyev nazir müavini təyin edildi
...