“Qarabağ” APOEL-i keçərsə, 5 milyon qazanacaq
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin APOEL klubunu qəbul edəcək.
Ağdam klubu bu raundu keçsə, turnirin pley-off mərhələsinə vəsiqə qazanmaqla yanaşı, Avropa Liqasının qruplarını təmin edəcək. "Qarabağ" cari mövsüm ilkin raunddan azad idi və bu mərhələ də oynamasa da, komandaya 230 min avro mükafat verilmişdi. UEFA I və II təsnifat mərhələlərini keçən Ağdam təmsilçisinə müvafiq olaraq, 280 min və 380 min avro mükafat verib. Komanda III təsnifat mərhələsinə yüksəldiyi üçün daha 480 min avro mükafat alıb.
"Qarabağ" bu mərhələyə kimi 1 milyon 370 min avro mükafat qazanıb. Məbləği daha da artırmaq mümkündür. ÇL-in pley-offuna yüksələn komandaya mükafat yoxdur. Çünki bu mərhələdə oynayan komanda ya Avropa Liqasının, ya da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanır.
"Qarabağ" pley-offa yüksəlsə, ən azı 2,92 milyon avro mükafat da qazanacaq. UEFA Avropa Liqasının qrupuna yüksələn komanda üçün bu qədər mükafat ayırıb. Avropa Liqasının pley-offunda uduzan klubun büdcəsinə 300 min avro mükafat əlavə edilir. Azərbaycan çempionu ÇL-in qrup mərhələsinə yüksəlsə, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq. Üstəlik, qrup mərhələsində qələbə və heç-heçələr üçün də mükafatlar var.
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...