Yol polisində nömrə biznesini idarə edən polkovnik işdən çıxarıldı

01:05 14-08-2019 | icon 43
Yol polisində nömrə biznesini idarə edən polkovnik işdən çıxarıldı
loading...

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, avqustun 12-də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Xatırladaq ki, M. Rəhimov yol polisində nömrə biznesini idarə edən şəxs hesab olunur. Bu vaxta qədər onunla bağlı mediada onlarla neqativ xəbərlərə rast gəlmək mümkündür. Onun bu biznes hesabına böyük var-dövlətə sahib olduğu bildirilir.


Digər xəbərlər

1.0153970718384