“Qarabağ” ÇL-də mübarizəni dayandırdı - Fotolar
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti matçına çıxıb.
Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası Kiprdə əldə etdiyi üstünlüyü qorumaqla pley-off mərhələsinə yüksələ bilərdi.
Lakin APOEL klubu vurduğu iki qolla "Qarabağ"ı 2:0 məğlub edərək növbəti mərhələyə adlayıb. 34-cü dəqiqədə De Vinsenti penaltidən fərqlənibsə, 68-ci dəqiqədə Matiç ikinci topu qapıdan keçirib.
Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Azərbaycan təmsilçisi Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
Fotolar: Nuran Məmmədov (qafqazinfo)
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...