“Çox üzülürəm” - “Qarabağ”ın prezidenti
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinin cavab matçında Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Oyundan sonra jurnalistlərə açıqlama verən Ağdam klubunun prezidenti Tahir Gözəl məğlubiyyəti şərh edib:
“Pis taleyimiz Kiprdə axırıncı dəqiqədə qol buraxmağımzdan başladı. Hər zaman yaxşı oynayan qazanmır. Əlbəttə ki, çox üzülürəm. “Qarabağ” bu gün ləyaqətli futbol sərgilədi. Yaxşı qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Qarşıda oyunlarımız var, “Qarabağ” yoluna davam etməlidir. Paltardəyişmə otağına gedib futbolçulara dəstək oldum. Hamısı çox üzgün idi. Amma yolumuza davam edirik. APOEL-in qələbədən başqa şansı yox idi. Bizdə isə rahatlıq görmədim. APOEL böyük klubdur. 11 nömrəli futbolçusunun 6 milyon avro qiyməti var. Belə oyunlar qətiyyən səhvi qəbul etmir”.
-
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub
...
-
“Qarabağ”ın oyunlarının başlama saatı açıqlandı
...
-
Avarçəkmə üzrə Azərbaycan Birinciliyi keçirilir
...
-
"Elitaya vəsiqəni təmin etməklə yeni tarix yazacağıq"
...
-
“Avropanı təəccübləndirə bilərik” - Tahir Gözəl
...
-
“Qarabağ”ın oyunlarının tarixi bəlli oldu
...
-
“Qarabağ” yenidən “Bayer”lə qarşılaşacaq - Video
...
-
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib
...
-
Azərbaycanın basketbol millisi bu gün İsveçrənin qonağı olacaq
...
-
“Qarabağ” tarixi oyuna çıxır
...