“Rəsulzadə” gəmisi qəzaya uğradı - Foto
Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Mammad Amin Resulzade” adlı gəmi Liberiya bayraqlı “Doric Warrior” gəmisi ilə toqquşub.
Bu barədə Mənsimov özü sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub:
“Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Məsələni sonuna qədər araşdıracağıq. “Rəsulzadə” gəmisinə çarpan gəmi ondan on dəfə böyük olsa da, gəmimiz batmadı”.
“Palmali” şirkətinin yaydığı açıqlamada qeyd edilib ki, gəmi limanda ilk səfərini həyata keçirmək üçün gözləyirmiş:
““Mammad Amin Rasulzade” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir. Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib”.
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Yağış, külək, qar... - Sabahın havası
...
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Şənbə gününün havası
...
-
"Turan yolu-Zəngəzurum" əsəri qardaş Türkiyədə
...
-
Biz Qarabağda əbədi yaşayacağıq!
...
-
Xankəndində Novruz tonqalı
...